Avtomobillə piyadaların üzərindən keçdi

11.11.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Şotlandiyanın Qlazqo şəhərinin qərbində avtomobilin piyadaları vurması nəticəsində yeddi nəfər xəstəxanaya yerləşdirilib.

Axar.az xəbər verir ki, şəhər polisinin məlumatında deyilir.

"Yeddi nəfər tibbi yardım və müayinə üçün xəstəxanaya aparılıb. Sürücü hadisə yerinə gələn təcili yardım işçiləri tərəfindən müayinə edilib", - deyə bildirilib.

Yaralıların vəziyyəti barədə heç bir məlumat yoxdur. Toqquşma yol-nəqliyyat hadisəsi kimi təsnif edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью