Avtomobillə toqquşan motosikletin sürücüsü öldü

31.05.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Zaqatalada avtomobillə toqquşan motosikletin sürücüsü ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Üçüncü Tala kəndi ərazisində qeydə alınıb

Belə ki, “VAZ-2106” və motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü, 27 yaşlı Şükür Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью