Icma.az bildirir, Bizim media portalına istinadən.
İsveçli alimlər avtomobil proqram təminatında yüzlərlə təhlükəsizlik boşluğu aşkar ediblər. Bu boşluqlar hakerlərin avtomobil sahiblərinin şəxsi məlumatlarına, bəzi hallarda isə nəqliyyat vasitəsinin kritik funksiyalarına çıxış əldə etməsinə imkan yarada bilər.
Bizim.Media xəbər verir ki, tədqiqatçılar avtomobil proqram təminatında aşkarlanan 413 təhlükəsizlik boşluğunu təhlil ediblər. Onların 36,2 faizi üçüncü tərəf tətbiqləri və onlayn xidmətlərlə bağlıdır.
Mütəxəssislərin fikrincə, lazımi qorunma olmadıqda, kibercinayətkarlar avtomobilin əyləc sistemi də daxil olmaqla, mühüm funksiyalarına müdaxilə edə bilərlər.
Bununla belə, alimlər vurğulayırlar ki, aşkar edilən hər təhlükəsizlik boşluğu avtomobilin məsafədən sındırılmasına və ya idarəetməsinə müdaxiləyə imkan vermir.
Bizim.Media