Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
17 mart tarixində dövlət qurumlarının balansında olan nəqliyyat vasitələrinin növbəti hərracı keçiriləcək. Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin təşkilatçılığı ilə baş tutacaq.
Demokrat.az Valyuta.az-a istinadən xəbər verir ki, satışa ümumilikdə 44 nəqliyyat vasitəsi təqdim olunacaq. Avtomobillər müxtəlif növ və markalar üzrə çeşidlənib: minik, yük və sərnişin daşımaları üçün uyğunlaşdırılmış nəqliyyat vasitələri mövcuddur.
Hərraca təqdim edilən nəqliyyat vasitələrinin əksəriyyəti əvvəlki hərraclarda iştirak edib və bu dəfə güzəştlə təkrar satışa çıxarılıb. Belə ki, bəzi nəqliyyat vasitələrinə 10, 25 və 50 faizlik endirimlər tətbiq olunub.
Satış siyahısında Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə məxsus 2012-ci il istehsalı "İSUZU ECOBU" markalı iki ədəd sərnişin avtobusu yer alır. Hər biri 11 000 manat start qiyməti ilə təqdim edilib.
Prezidentin İşlər İdarəsi tərəfindən 2006-cı il buraxılışlı "BMW 740LI" markalı minik avtomobili 8 500 manat start qiyməti ilə hərraca çıxarılır. Bu iki qrumun nəqliyyat vasitələri 5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır.
Baş Prokurorluğun balansında olan 2012-ci il istehsalı beş ədəd "AUDI A4" markalı avtomobil 5 250-5 750 manat arasında dəyişən qiymətlərlə, 2011-ci il buraxılışlı "Volkswagen Passat" isə 3 750 manat dəyərlə satışa çıxarılıb.
Suraxanı Rayon İcra Hakimiyyəti 2008-ci il istehsalı "Volvo S80" markalı avtomobili 5 250 manat start qiyməti ilə təqdim edib.
Ən çox nəqliyyat vasitəsi Müdafiə Nazirliyinin balansındadır. Qurum 2003–2005-ci illərə aid çoxsaylı QAZ-3308 yük avtomobilini 26 000 və 29 250 manat aralığında satışa çıxarıb. Bu qrumların isə nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.
Bundan əlavə, 1984-cü il istehsalı "ZİL-131" markalı yük avtomobili 6 000 manat, 2004-cü il markalı minik avtomobilləri isə müvafiq olaraq 7 500 manat qiymətlə hərraca təqdim olunub və 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır. Nazirlik həmçinin 2007-ci illdə istehsal edilmiş "UAZ-31512 " xüsusi təyinatlı avtomobili də 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Demokrat.az Valyuta.az-a istinadən xəbər verir ki, satışa ümumilikdə 44 nəqliyyat vasitəsi təqdim olunacaq. Avtomobillər müxtəlif növ və markalar üzrə çeşidlənib: minik, yük və sərnişin daşımaları üçün uyğunlaşdırılmış nəqliyyat vasitələri mövcuddur.