Avtomobillər toqquşdu, biri mağazaya çırpıldı Video

07.09.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Gəncədə yol qəzası olub, avtomobil mağazaya çırpılıb. 

“Qafqazinfo”nun xəbərinə görə, hadisə şəhərin Təbriz və Cavad Rəfibəyli küçələrinin kəsişməsində baş verib. 

“Chevrolet” markalı avtomobil “Prius” markalı minik maşını ilə toqquşub. Zərbənin təsirindən “Chevrolet” mağazaya çırpılıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alıb. O, yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib.  

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev





Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью