Avtomobillərdən atılan çirkləndirici maddələr azalır Rəsmi

20.06.2025

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

Azərbaycanda son iki ildə avtomobillərdən atılan çikləndirici maddələrin miqdarında azalma müşahidə edilir. 


Sfera.az rəsmi dövlət məlumatlarına istinadən xəbər verir ki, 2022-ci ildə avtomobillərdən atmosfer havasına 158 min ton çirkləndirici maddə atılmışdırsa, bu göstərici 2023-cü ildə 144 min tona, 2024-cü ildə 116 min tona düşüb.


İki il ərzində çirkləndirici maddələrin miqdarı 42 min ton və ya 26,5 faizdən çox azalıb. 


Qeyd edək ki, bu müddətdə ölkəmizdə avtomobillərin sayı təxminən 200 min ədəd artıb. Avtomobillərin sayının artmasına baxmayaraq çirkləndirici maddələrin miqdarının azalması avtomobil parkında elektrik və hibrid avtomobillərin payının artması ilə izah edilə bilər. 


Vasif
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью