Avtomobillərdən oğurluq edən iki nəfər saxlanılıb

29.04.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində sakinlərdən birinə məxsus “KIA” markalı  vtomobildən sürücüyə məxsus qiymətli əşyalar oğurlanıb.

Bu barədə XQ-yə DİN-dən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş və törətdiyi digər cinayət əməllərinə görə axtarışda olan 37 yaşlı Mahir Məmmədov və 28 yaşlı Elvin Mehtiyev saxlanılıblar. Onların avtomobildən oğurluq etmələri müşahidə kameraları vasitəsilə də anbaan qeydə alınıb. Araşdırmalar zamanı saxlanılan şəxslərin paytaxt ərazisində daha bir “KIA” markalı avtomobildən içərisində 270 manat, bank kartları və sənədlər olan pul kisəsini oğurladıqları da müəyyən edilib. Onlardan əlavə olaraq şəxsi istifadələri üçün əldə etdikləri psixotrop maddə metamfetamin də aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью