Avtomobillərin katalizatorlarını baha edən nədir? (Video)

23.09.2026

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Marka və modelə görə qiyməti 300 manatdan 3 min manata qədər dəyişir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət avtomobilin katalitik çeviricisindən, yəni katalizator kimi tanınan detaldan gedir. Son vaxtlarda avtomobilin bu detalının ikinci əl alşç-satışının elanları artıb. Əsasən də sosial şəbəkələrdə satılan katalizatorların qiyməti marka və modelə görə dəyişir 

Avtomobil ustası Cəlil Əhmədov deyir ki, yüksək qiymət həmin detalın tərkibindəki metala görədir.

Qiymətli metalların miqdarı isə bütün katalizatorlarda eyni deyil. Buna görə də detalın satış qiyməti avtomobilin markası, modeli, mühərrikinin tipi və katalizatorun konstruksiyasından asılı olaraq dəyişir. Ancaq katalizatoru çıxarıb satmaq avtomobillə yanaşı ekologiyaya da ciddi zərər vurur. 

Mütəxəssislər qeyd edirlər ki, katalizatorun çıxarılması bəzi avtomobillərdə mühərrikin idarəetmə sistemində xəta işığının yanmasına, oksigen sensorlarının göstəricilərində dəyişikliklərə və mühərrikin iş rejiminə də təsirə edə bilər. Yəni detalın satışından əldə olunan gəlir sonradan avtomobilin texniki vəziyyətinin bərpası üçün əlavə xərcə çevrilə bilər.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью