Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ötən Azərbaycana idxal edilən hibrid avtomobillərin orta qiyməti 20.5 min dollar təşkil edib. 2023-cü ildə isə bu rəqəm 29.7 min dollar idi.
Elektromobillərin orta qiyməti isə 7.3 min dollar ucuzlaşıb.
Belə ki, 2024-cü il üzrə elektromobillərin orta qiyməti 41.3 min dollar olduğu halda, daha öncəki il 34 min dollar olub.Məsələ üzrə bağlı nəqliyyat üzrə ekspert Elgiz Mehdiyev Demokrat.az-a açıqlamasında bildirib ki, son aylarda Azərbaycanın avtomobil bazarında müşahidə olunan qiymət enişi bir neçə paralel faktorun təsiridir:“Bu təsirlər xüsusilə 10 min manata qədər olan ikinci əl seqmentində daha kəskindir.
Birinci səbəb, taksi fəaliyyəti ilə bağlı normativ dəyişikliklərdən sonra köhnə və çox işlənmiş avtomobillərin kütləvi şəkildə satışa çıxarılmasıdır.
Bazara birdən daxil olan bu təklif artığı qiymətləri aşağı çəkib.
İkinci kritik amil, hibrid və elektrik tipli nəqliyyat vasitələrinin idxalında sıçrayışdır.
2025-ci ilin ilk aylarında gətirilən minik avtomobillərinin əhəmiyyətli hissəsini hibridlər təşkil edir.