Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq. Fövqəladə Hallar Nazirliyi (FHN) avtomobil sahiblərinə müraciət edərək yanğın təhlükəsinə
Nazirlik qeyd edib ki, son günlər avtomobillərdə yanğın hadisələri artıb.
Belə ki, 2025-ci ilin ilk üç ayında avtomobil yanğınları ilə bağlı 108 müraciət daxil olub.
FHN bildirir ki, bu, narahatedici və təhlükəli bir tendensiyanın göstəricisidir.
Avtomobil yanğınlarının sayının artması, sığorta şirkətlərinə olan müraciətlərin sayının artmasına da səbəb olub.
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən sığorta eksperti Şahin İsmayılov bildirib ki, son aylarda avtomobil yanğınları ilə əlaqədar sığorta müraciətlərində artım müşahidə edilir.
Ekspertin sözlərinə görə, baş verən hadisələrin əsas səbəblərindən biri ölkədəki avtomobil parkının köhnə olmasıdır.
“Azərbaycanın avtomobil parkı əsasən Avropa və Asiya ölkələrindən gətirilən ikinci və üçüncü əl avtomobillərdən ibarətdir.