Avtonom maşının sükanına qonan quşun əylənməsi GÜNDƏM OLDU VİDEO

04.02.2026

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Amerikada avtonom nəqliyyat sahəsində fəaliyyət göstərən “Waymo” şirkətinə məxsus sürücüsüz taksidə maraqlı anlar yaşanıb.

Avtosfer.az xəbər verir ki, “Waymo”nun avtonom elektromobili ilə səyahət edən sərnişinin tutuquşusu boş vəziyyətdə qalan sükanı özünə “oyuncaq” edib. Sosial şəbəkələrdə yayılan görüntülərdə sükana qonan quşun sinxron hərəkəti və bunun əyləncəli mənzərəyə çevrilməsi diqqət çəkib.

Qeyd edək ki, “Waymo”nun taksiləri tam avtopilot rejimində hərəkət edir və real vaxtda marşrutun idarə olunması sükan vasitəsilə deyil, süni intellekt sistemi və sensorlar üzərindən həyata keçirilir. Bu səbəbdən sükan yalnız ehtiyat və fövqəladə hallarda müdaxilə üçün avtomobildə saxlanılır. Avtopilot aktiv olduqda isə sükanın funksional təsiri olmur.

Maraqlı hadisə bir daha göstərir ki, avtonom nəqliyyat vasitələrində sükan artıq idarəetmə alətindən çox simvolik elementə çevrilmək üzrədir. Sosial şəbəkə istifadəçiləri isə görüntüləri yumorla qarşılayaraq, “ən sakit “Waymo” sürücüsü” kimi şərhlər ediblər.

Eltac Zülfüqaroğlu

Oxunub 66

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью