Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avtopilot rejimində olan “Tesla” qəzaya düşüb. Avtosfer.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində baş verən hadisə kameraya düşüb. Belə ki, Esenyurt rayonu yaxınlığında “Tesla Model-3” markalı elektromobil avtopilot rejimində hərəkətdə olan zaman idarəetmədən çıxaraq dəmir arakəsmələrə çırpılıb. Zərbənin təsirindən elektromobil əks yola çıxaraq iki nəqliyyat vasitəsi ilə toqquşduqdan sonra dayanıb. Qəza nəticəsində ölən və ya xəsarət alan olmayıb, lakin avtomobilə ciddi ziyan dəyib.
Azərbaycanda bu avtomobillər qadağan oluna bilər? - VACİB AÇIQLAMA
Sürücü hadisə zamanı təhlükəsizlik yastıqlarının açılmaması ilə bağlı şirkətə şikayət edib. Ancaq şirkətdən bunun “istifadəçi səhvi” olduğu bildirilib.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Oxunub 72