Avtoqəzada xəsarət alan şəxs 9 gün sonra öldü

05.08.2025

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı-Quba yolunun Sumqayıt istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan şəxs 9 gün sonra xəstəxanada ölüb.

Avtosfer.az report-a istinadən xəbər verir ki, 1953-cü il təvəllüdlü Bəxtiyar Tağı oğlu Səmədov qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Tibbi müdaxilələrə baxmayaraq, o, hadisədən 9 gün sonra - avqustun 5-nə keçən gecə həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью