Avtoqol rekordu təkrarlandı

29.06.2026

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda Niderland Tunisə 3:1 hesabı ilə qalib gəlib.

"Football-plus.az" xəbər verir ki, 3-cü dəqiqədə Tunis yığmasının yarımmüdafiəçisi Ellyes Şkiri topu öz qapısına göndərərək avtoqol müəllifi olub. Bu, DÇ-2026-da 12-ci avtoqol kimi qeydə alınıb. Nəticədə 2018-ci ildəki dünya çempionatına təsadüf edən rekord təkrarlanıb.
Maraqlıdı ki, DÇ-2018-də 12 avtoqol turnirin bütün 64 oyunu ərzində qeydə alınmışdı. DÇ-2026-da isə bu göstəriciyə artıq 54-cü matçda çatılıb.
Beləliklə, davam edən dünya çempionatında avtoqolların sayının yeni rekordla sona çatacağı gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью