Avtoqoldan sonra matçı satmaqda ittiham olundu Video

04.05.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Avtoqoldan sonra matçı satmaqda ittiham olundu - Video

Panama çempionatında "Alyansa" və "Sportinq" komandaları arasında keçirilən oyunda qalmaqallı anlar yaşanıb.

QOL.az xəbər verir ki, matçın taleyi son dəqiqədə "Sportinq"in qapıçısı Xose Kalderonun öz qapısına vurduğu avtoqolla həll olunub və komandası 2:3 hesabı ilə məğlubiyyətə uğrayıb.

"Derbyderbyderby.it" nəşrinin məlumatına görə, komanda yoldaşları bu hərəkətin təsadüfi olduğuna inanmırlar və hazırda qapıçı oyunu qəsdən satmaqda şübhəli bilinir.

Qeyd edək ki, Kalderon üzr istəyərək özünə bəraət qazandırmağa çalışsa da, Panama Peşəkar Futbol Liqası artıq məsələ ilə bağlı rəsmi araşdırmaya başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью