Avtoritet “Narik” dini liderlə birlikdə mərkəz açır

08.09.2026

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kriminal aləmlə məşhur olan Aleksandr Petrovski Budapeştdə “Fanarion” Pravoslav Dialoq Mərkəzinin açılış mərasimində görüntülənib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, “Narik” ləqəbi ilə tanınan Petrovski bu günlərdə keçirilən tədbirdə yunan və ukraynalı din xadimləri ilə birgə iştirak edib.

Mərkəzin açılışını Macarıstan paytaxtına səfər edən Konstantinopolun ekumenik patriarxı Varfolomey həyata keçirib. Tədbirdən çəkilən fotoşəkli Macarıstan parlamentində Ukrayna milli azlığını təmsil edən Liliana Qreksa sosial şəbəkə hesabında yayıb. Şəkildə Petrovski Qreksanın sol tərəfində dayanıb.

Xarici medianın iddiasına görə, Petrovski Ukrayna Pravoslav Kilsəsinin yaradılması layihəsinin qeyri-rəsmi sponsorlarından biri hesab edilir. Sözügedən kilsəyə 2019-cu ildə patriarx Varfolomey tərəfindən avtokefaliya haqqında Tomos təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью