Avtoservisdə yanğın: Salon işçisi lüks maşınların yanmasına mane oldu VİDEO

27.05.2025

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Niderlandın Rotterdam şəhərində yerləşən və lüks avtomobillərin servis mənəqəsində yanğın baş verib.

Avtosfer.az xəbər verir ki, yanğın zamanı hadisə yerinə gələn yanğınsöndürənlər təhlükəsizlik məqsədilə salon işçilərinin içəri daxil olmasına icazə verməyib. Lakin servisdə çalışan əməkdaşlardan biri bu göstərişə əməl etməyərək riskli addım atıb.

O, yanğın genişlənməmişdən öncə qalereyaya daxil olaraq orada olan bütün dəbdəbəli avtomobilləri təhlükəsiz şəkildə binadan çıxarmağa nail olub. Həmin şəxsin qəhrəmanlığı sosial mediada və yerli mətbuatda geniş müzakirə olunur. Hazırda hadisənin təfərrüatları araşdırılır.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью