Avtosisternlərin arxasındakı zəncir nəyə xidmət edir?

04.03.2025

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yanacaqdaşıyan sisternlərin arxasında yerlə təmas edən zənciri yəqin çoxları görüb. Lakin çox adam bu detalın necə vacib funksiya daşıdığını bilmir.  

Avtosfer.az xəbər verir ki, yanacaqdaşıyan avtomobil hərəkət etdikdə çəndəki tezalışan maddənin hərəkəti statik elektrik yaradır. Bu elektrik toplanaraq qığılcım əmələ gətirə və dəhşətli yanğın törəyə bilər.  Lakin yerlə sürünən zəncir bu elektriki tədricən torpağa ötürür və yanğının qarşısını alır. 

Yeri gəlmişkən, bu zəncirin olmaması qayda pozuntusudur.

Vüqar Yaşaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью