“Avtoş”luq etdiyi yollarda 1 il maşın sürə bilməyəcək VİDEO

10.04.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Balakəndə avtoxuliqanlıq edən sürücü həbs olunub.

Bakıvaxtı.az DİN-in Mətbuat Xidmətinin regional qrupuna istinadən xəbər verir ki, yol polislərinin keçirdiyi tədbir zamanı “saxla” əmrinə tabe olmayaraq avtoxuliqanlıq edən sürücü Sahib Abdullayev saxlanılıb.

O, idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb. 

Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə S.Abdullayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati həbs edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью