Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avtoxuliqanlıq edib videonu paylaşmaq Qətər vətəndaşına baha başa gəlib.
Avtosfer.az xəbər verir ki, bahalı Toyota Supra ilə şəhər küçələrində drift edən qətərli əhalidə narazılıq yaradıb. Körfəz ölkəsinin rəsmiləri isə çarəni rusların təbirincə desək, “balta üsulu ilə” həll ediblər. Axı burada söhbət hansısa Avropa ölkəsindən getmir, xüsusi mülkiyyətin toxunulmazlığı anlayışı tam oturuşmayıb.
Bir sözlə, hüquq-mühafizə orqanları çıxış yolu olaraq bahalı avtomobili kameraların qarşısında utilizasiya ediblər.
Vüqar Yaşaroğlu