Avtoyuma məntəqəsindən Range Rover qaçırdı, qəza törətdi

20.04.2026

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Avtoyuma məntəqəsindən qaçırdığı avtomobillə qəza törədən şəxs saxlanılıb.

Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nizami rayonu ərazisində yerləşən avtoyuma məntəqələrindən birindən gecə saatlarında "Range Rover" markalı nəqliyyat vasitəsi qaçırılıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə çalışan 23 yaşlı R.Rzayev müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, həmin şəxs sərxoş halda idarə edərək qaçırdığı avtomobillə yol-nəqliyyat hadisəsi də törədib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью