Avtoyumada yük maşını YANDI VİDEO

11.11.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Samux şəhəri ərazisində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Samux Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtoyuma məntəqəsinin daxilində “HOWO” markalı yük avtomobilinin təkərində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin arxa təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə edilib.

Xəsarət alan olmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью