AXCP sədri Əli Kərimlinin saxlanılması təsdiqləndi

29.11.2025

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

AXCP sədri Əli Kərimli saxlanılıb.

Turkustan.az xəbər verir ki, bu barədə AXCP-nin Fransada yaşayan fəalı Natiq Ədilov məlumat yayıb.

N.Ədilov əlavə edib ki, DTX onun evində axtarış aparıb. (Unikal)
Musavat.com bildirir ki, məlumat artıq rəsmi mənbələr tərəfindən təsdiqlənib.

Musavat.com xəbəri dəqiqləşdirmək üçün mötəbər məlumat mənbələrinə müraciət edib. Rəsmi instansiyalardan alınan cavablar saxlanılma faktının doğru olduğunu göstərir. Onunla yanaşı AXCP -nin bir sıra rəhbər şəxsləri, o cümlədın Məmməd İbrahim də saxlanılıb.

Hazırda Əli Kərimlinin hansı maddə üzrə və hansı qurum tərəfindən saxlanıldığı, eləcə də prosesin detalları dəqiqləşdirilir. Mövzu ilə bağlı əlavə məlumatlar təqdim olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью