AXCP sədrinin müavini Tuğrul Türkeş ilə görüşüb

08.10.2025

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin beynəlxalq məsələlər üzrə müavini Razi Nurullayev Ankarada Milliyətçi Hərakat Partiyasının Türk dünyası və beynəlxalq məsələlər üzrə Genel Başkan yardımçısı, millət vəkili, Milliyətçi Hərakat Partiyasının keçmiş lideri Alparslan Türkeşin oğlu Tuğrul Türkeş ilə görüşüb. Görüşdə AXCP ilə Milliyətçi Hərakat Partiyası arasında təmasların daha sıx olması, rəhbərliklər səviyyəsində əlaqə və müntəzəm olaraq qarşılıqlı görüşlərin keçirilməsi müzakirə edilib.  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью