Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Qaradağ rayon şöbəsinin sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin üzvü Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrlik etdiyi prosesdə hökm oxunub.
Zaur Əsgərov 5 il 6 ay, Gündüz Mirzəyev 5 il 7 ay 3 gün müddətinə azadlıqdan mərhum ediliblər.
Bundan əvvəlki iclasda çıxış edən prokuror təqsirləndirilən Zaur Əsgərov və Gündüz Mirzəyevin hər birinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, Zaur Əsgərov və Gündüz Mirzəyev həbs edilməmişdən bir müddət əvvəl sosial şəbəkələrdə Azərbaycanda konstitusiya quruluşunun zorla dəyişdirilməsi, vəzifəli şəxslərin qətlə yetirilməsi, vətəndaş müharibəsi və digər cinayət xarakterli zorakı hərəkətlərə açıq çağırışlar səsləndiriblər.
Onlar bu hərəkətləri ilə geniş əhali kütləsini bu kimi fəaliyyətlərə təşviq ediblər.
Dövlət əleyhinə çağırışlar etmiş və hazırda məhkum olunmuş Elşən Kərimov və digər şəxslər sosial şəbəkələrdə "Azərbaycan naminə birlik" platforması, həmçinin AXCP-nin dostluq qrupu yaradıblar.