AXCPnin bacarıqsızlığının əziyyətini çəkirik Azər Badamov

03.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

"Əgər ölkəmiz erməni təcavüzkarlığı ilə qarşılaşmasaydı, bu gün Dövlət Sosial Müdafiə Fondunun büdcəsi daha yüksək olardı".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Azər Badamov deyib.

A.Badamov qeyd edib ki, DSMF-nin büdcəsi əsasən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına xərclənib.

Deputat onu da qeyd edib ki, bizə problemləri yaşadan 1990-cı illərdə hakimiyyətdə olan AXCP-nin bacarıqsızlığıdır ki, bu gün də onun əziyyətini çəkirik.

"Bu gün İlham Əliyevin yürütdüyü uğurlu siyasət sayəsində biz iqtisadiyyatımızın dirçəldiyini müşahidə edirik".

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью