Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq. Kulis.az Ulucay Akifin Təhsil naziri Emin Əmrullayevə açıq məktubunu təqdim edir.
Rastıma bir xəbər çıxdı: “Tovuzda məktəbdə zəhərlənənlərin sayı 55-ə çatdı”.
Fikirləşdim, yəqin şagirdlər nəsə yığıncaq ediblər, çöldən yeməyə nəsə gətiriblər, ondan zəhərləniblər.
Ya da, “ən yaxşı halda” (!), məktəbin bufetində uşaqlara köhnə nəsə satıblar. Açıb xəbəri oxuyandan sonra məyusluğum daha da artdı.
Sən demə, Tovuzun Aşağı Quşçu kəndindəki məktəbdə şagirdlər dəm qazından kütləvi zəhərləniblər.
Dəm qazı, onsuz da, başımızın bəlasına çevrilib, Əzrayılın qaz halıdır dəm qazı, amma məktəbdə də yox da...
Axı gözəlim məmləkətimizdə, müharibədən alnı açıq, üzü ağ çıxan xalqın məktəblərində şagirdlər niyə dəm qazından zəhərlənməlidir?
Xəbərdəki şəklə, məktəbin fotosuna baxanda lap kefim pozuldu. Siz də baxın həmən məktəbə.