Axios: “ABŞ nin Kubada gizli danışıqları”

18.02.2026

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Axios” portalının məlumatına görə, danışıqlar rəsmi Kuba kanallarının və hökumətin iştirakı olmadan aparılır.
Bu, Vaşinqtonun 94 yaşlı Raul Kastronu adada əsas qərar qəbul edən şəxs, nəvəsi Raul Gilyermo Rodriges Kastronun isə onun qəyyumu və vasitəçisi kimi gördüyündən xəbər verə bilər.
“Mən bu danışıqları gələcəklə bağlı müzakirələr adlandırmazdım”, - ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisi nəşrə verdiyi açıqlamada deyib.
Azadlıq adası blokadaya alınıb Mark Rubio və komandası 41 yaşlı Raul Gilyermo Rodriges Kastronu və onun ətrafındakıları kommunizmə şübhə ilə yanaşan işgüzar düşüncəli kubalıların gənc nəslinin nümayəndələri kimi qəbul edirlər. Dövlət departamentinin məlumatına görə, onlar ABŞ ilə yaxınlaşmada dəyər görürlər.
- Bizim mövqeyimiz, ABŞ hökumətinin mövqeyi Kuba rejiminin getməsidir”, - amerikalı məmur vurğulayıb.
Lakin konkret addımlar hələ bu məsələ ilə bağlı yekun qərar verməmiş ABŞ prezidenti Donald Trampdan asılıdır.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью