“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

14.06.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 14 iyun, AZƏRTAC

ABŞ və İran arasında memorandumun imzalanması iyunun 14-də virtual olaraq baş tutacaq.

AZƏRTAC xəbər verir ki, “Axios” bu barədə öz mənbələrinə istinadla bildirib. Portalın mənbələrinə görə, memorandum atəşkəsi daha 60 gün uzadacaq. Pakistan və Qətər də virtual görüşə vasitəçi kimi qatılacaqlar. Sənəddə Hörmüz boğazının açılması və Tehranın nüvə proqramı üzrə danışıqların başlanması nəzərdə tutulur. İimzalanmanın virtual şəkildə keçirilməsi qərarı logistik səbəblərdən verilib.

Tramp əvvəllər sazişin 14 iyunda imzalanacağını bildirmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью