Axios: “Epşteyn işi Klintonları təqib edir”

22.01.2026

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, bununla bağlı məlumat yayn “Axios” portalı keçən həftə ifadə vermək üçün ABŞ Konqresinə gəlməli olan Klintonlar cütlüyünün dinləmələrdə iştirak etmədiklərini xatırladır.
“Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri Ceyms Komerə göndərdiyi məktubda Klintonlar əvvəllər and içərək ifadə verdiklərini və həmçinin davam edən təhqiqatla bağlı onlarda məlumat olmadığını bildiriblər”, - bundan əvvəl “The New York Times (NYT)” qəzeti yazmışdı.
“Axios” vurğulayır ki, ABŞ Konqresi nadir hallarda parlamentə qarşı hörmətsizliyə görə məsuliyyətə cəlb olunma mexanizmindən istifadə edir. Bu prosedura əsasən maksimum cəza bir ilə qədər həbs və 100 min dollara qədər cərimədir.
- Komitə Bill və Hillari Klintonun hərəkətlərinin Konqresə hörmətsizlik kimi qiymətləndirilməsinə səs verib. Lakin bunun qüvvəyə minməsi üçün Nümayəndələr Palatasında səsvermənin nəticələrinə əsasən bu qərar təsdiqlənməlidir”, - “Axios” bildirir.
NYT: “Klintonlar cütlüyü “Epşteyn işi”nin hədəfində” Xatırladaq ki, 2025-ci ilin dekabrında Nümayəndələr Palatasının Nəzarət Komitəsində demokratlar seks-ticarətdə ittiham olunan amerikalı maliyyəçi Cefri Epşteynin arxivindən 19 fotoşəkil yayımlayıb.
Fotoların bir neçəsində, o cümlədən ABŞ prezidenti Donald Tramp, Bill Klinton və “Microsoft” şirkətinin həmtəsisçisi Bill Qeyts yer alıb. Daha sonra Klintonun yer aldığı əlavə fotolar də dərc edildi.
Ceffri Epsteyn, 2019-cu ildə ABŞ federal orqanları tərəfindən 2002-2005-ci illər arasında yetkinlik yaşına çatmayanlar üçün geniş miqyaslı seks alveri şəbəkəsini idarə etməkdə ittiham olunan amerikalı maliyyəçidir.
Məhbəsdə məhkəmə prosesini gözləyən Epsteyn 2019-cu il avqustun 10-da Manhetten Federal cəzaçəkmə müəssisəsindəki kamerasında ölmüş halda tapılıb. Məhkəmə-tibbi ekspertizası onun özünü asaraq intihar etdiyini bildirib.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью