“Axios”: HƏMAS ın tərk silahı yaxın həftələrdə başlayacaq

31.07.2026

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ administrasiyası HƏMAS-ın tərk-silahı ilə bağlı əldə olunduğu bildirilən razılaşmanın icrasına yaxın həftələrdə başlanacağını gözləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ rəsmisinə istinadla məlumat yayıb.

Məlumata görə, razılaşma çərçivəsində HƏMAS və İsrail yeddi-səkkiz ay ərzində qarşılıqlılıq prinsipi əsasında bir sıra mərhələli addımlar atacaq. Bu proses monitorinq ediləcək.

Portalın yazdığına görə, razılaşmaya əsasən, HƏMAS-ın silah istehsalı üçün istifadə etdiyi tunellərin və obyektlərin məhv edilməsi nəzərdə tutulur. Eyni zamanda, İsrail tərəfinin HƏMAS-ın razılaşmanın şərtlərinə əməl edəcəyinə ehtiyatla yanaşdığı bildirilir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Sülh Şurasının HƏMAS və Qəzza zolağındakı digər silahlı qrupların tam tərk-silahı barədə razılıq əldə etdiyini açıqlamışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью