Axios: Tramp gözlənilməz planını açıqlayacaq

14.07.2025

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

Bu barədə məsələdən məlumatlı iki mənbə "Axios" xəbər saytına açıqlama verib. Maraqldır ki, onlar "gözlənilməz plan"a dair hər hansı təfərrüatı diqqətə çatdırmayıblar. Eyni zamanda, Ağ Ev də bu xəbərə hələlik rəsmi şərh irəli sürməyib.
Digər tərəfdən, ABŞ lideri Donald Tramp "Endryus" Hərbi Bazasında jurnalistlərə danışarkən Ukraynaya "Patriot" yer-hava raketlərinin göndəriləcəyini vurğulayıb.
Tramp Ukraynaya "Patriot"lar göndərəcək | VİDEO
"Bu raketlər Ukraynanın müdafiəsi naminə zəruridir, çünki Rusiya Prezidenti Vladimir Putin gözəl danışsa da, hamını bombalayır. Xərci isə Avropa İttifaqı ödəyəcək", - o deyib.
Vaşinqtonla Moskva arasında Ukrayna üzrə sülh danışıqlarının iflasa uğraması, Trampın Putinə qarşı "etimadını itirməsi" fonunda Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın raket və dron hücumlarının qarşısını almaq üçün ABŞ-dən daha çox müdafiə imkanları istəyib. Donald Trampın "Patriot"ları Kiyevə göndərmək qərarı məhz bu istəyə cavabdır. Belə görünür ki, o artıq danışıqların nəticə vermədiyini başa düşərək, Ukraynanın həm müdafiə, həm də hücum sistemini gücləndirmək niyyətindədir.
Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью