Icma.az, Azertag saytına istinadən bildirir.
Vaşinqton, 21 aprel, AZƏRTAC
ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens hələ də Vaşinqtondadır.
AZƏRTAC-ın “Axios”a istinadən verdiyi məlumata görə, Ağ Evin yüksək vəzifəli rəsmisi bildirib ki, bu gün Ağ Evdə onun iştirak edəcəyi bir neçə diplomatik müzakirə keçiriləcək.
Həmçinin ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner də hələ ABŞ-dədirlər. Məlumata görə, Mayamidən Avropaya, oradan isə Pakistana aparmalı olan Daxili Təhlükəsizlik Departamentinin təyyarəsi Vaşinqton istiqamətində havaya qalxıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton