“Axır vaxtlar bir az emosional olmuşam” Azər Bağırov | Icma.az
Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Kəpəz” Azərbaycan Premyer Liqasının 14-cü turunda öz meydanında “Araz-Naxçıvan” 0:2 hesabı ilə məğlub olub.
Publika.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: – Gəncə azarkeşlərinə təşəkkür edirəm.
Komandanı sona qədər dəstəklədilər. İki fərqli hissə izlədik. İlk yarıda oyunumuz alınmırdı. İkinci hissədə dəyişikliklər etdik.
Amma qolu vura bilmədik. – Sarı vərəqə gördüyünüz epizodu necə dəyərləndirirsiz? – Axır vaxtlar bir az emosional olmuşam.
Bu da son oyunlara görədir. Biz də özümüzü tənzimlənməliyik. – Keçmiş komandanıza məğlubiyyətin məyusluğu var?
– Məğlubiyyətlərin hamısı məyusluq yaradır. Rəqibin fərqi yoxdur. Bu gün önəmli olan “Kəpəz”in xal qazanması idi.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu