Axırıncı dəfə 8 il əvvəl belə olmuşdu

21.04.2026

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Bakı metrosunda qatarların hərəkəti qəfil dayanıb və platformalarda sərnişin sıxlığı yaranıb. "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı yolda yaranan problem bütün xətt boyunca işin iflic olmasına gətirib çıxarıb.
Demokrat.az xəbər verir ki, buna səbəb saat 12:10 radələrində təmas relsinə yüksək gərginliyin verilməsində yaranan texniki nasazlıqdır. Baş vermiş hadisə ilə bağlı metropolitenin stansiyalarına giriş müvəqqəti olaraq bağlanıb.
Həmçinin oxu:
Binəqədi sakinlərinə şad xəbər
Bu maşınlar 4 min ucuzlaşdı
Qapının ağzına bir ovuc tökün: Həmişəlik yoxa çıxacaqlar
Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, hazırda problemin aradan qaldırılması üçün operativ işlər görülür. O, vəziyyətin nəzarətdə olduğunu vurğulayaraq bunları deyib:
“Görülən işlər nəticəsində artıq müəyyən irəliləyiş müşahidə olunur. Nasazlığın səbəbləri araşdırılır və bu proses başa çatdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. Hazırda əsas prioritet hərəkətin ən qısa zamanda bərpa olunmasıdır. Narahatlığa əsas yoxdur”.
Xatırladaq ki, metronun fəaliyyətində buna bənzər genişmiqyaslı dayanma sonuncu dəfə səkkiz il əvvəl, ölkənin enerji sistemində baş verən qəza zamanı qeydə alınmışdı. Hazırda mütəxəssislər gərginliyin bərpası üzərində çalışırlar.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью