Axmaq və dəhşətli səhvimlə hamını pis vəziyyətdə qoydum Mats Hummels

14.03.2025

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Roma"in müdafiəçisi Mats Hummels Avropa Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında "Atletik"ə 1:3 hesabı ilə uduzaraq (ilk oyun 2:1) mübarizəni dayandırmalarına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, Bilbaodakı matçın 11-ci dəqiqəsində qırmızı vərəqə alaraq komandasını azlıqda qoyan təcrübəli alman sosial şəbəkə hesablarında belə bir paylaşım edib:

"Çox təəssüf edirəm. Azarkeşlərimizdən və komanda yoldaşlarımdan üzr istəyirəm. Bu gün öz axmaq və dəhşətli səhvimlə hamını pis vəziyyətdə qoydum. Əvvəllər belə oyunlarda komanda mənə güvənirdi, amma indi klubun Avropa Liqasında qələbə arzusunu puç etdim. Nə deyəcəyimi bilmirəm. Çox üzgünəm".

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью