Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yatmazdan əvvəl axşamlar yeyilən bəzi yeməklər şişkinlik, köp, ödəmə səbəb olur.
Axar.az Medicina.az-a istinadən xəbər verir ki, qastroenteroloq Dmitri Fedulov axşam qadağan olunan ərzaqları açıqlayıb.
“Qarında köp və ağrını paxlalılar verir. Eləcə də nişasta ilə zəngin tərəvəzlər - kartof, qarğıdalı şişkinlik yaradır, qanda şəkəri artırır.
Yatmazdan əvvəl bəzi meyvələri də yemək olmaz: banan, üzüm, şirin meyvələr.
Bu qidaları yalnız günün birinci yarısı yemək, əks təsirlərindən qorunmaq üçün fiziki hərəkətdə olmaq lazımdır.
Axşamlar zülal tərkibli yemək, sadə meyvə-tərəvəz qəbul etmək lazımdır. Sonuncu yemək qəbulu yuxudan ən azı 2 saat əvvəl olmalıdır.
Axşam saat 10-da yatmalı olduğunuzu nəzərə alsaq, yemək qəbulu saat 8-də bitməlidir ki, həzm sistemi yuxuda işləməsin, dincəlsin”, - Fedulov qeyd edib.