Axşam çay içənlər bu saatı nəzərə alsın

27.11.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə.az xəbər verir ki, bu barədə diyetoloq Jaklin Flayşer “Real Simple” nəşrinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, kofeinsiz çayı yatmazdan təxminən bir saat əvvəl içmək olar. Belə çay axşam rahatlaşdırıcı rituala çevrilərək sinir sistemini sakitləşdirə bilər.

Kofeinli çayın isə planlaşdırılan yuxu vaxtından ən azı altı saat əvvəl içilməsi tövsiyə olunur.

Dietoloq kofeinə xüsusilə həssas olan insanlara yatmazdan 8-10 saat əvvəl kofeinli çay içməyi dayandırmağı məsləhət görüb.

Onun sözlərinə görə, kofein orqanizmdə 3-6 saat ərzində mənimsənilir. Buna görə də yatmazdan kifayət qədər əvvəl kofein qəbulunu dayandırmaq bədənin təbii şəkildə sakitləşməsinə kömək edə bilər.

Diyetoloq həmçinin bir araşdırmanın nəticələrinə diqqət çəkib. Araşdırmaya əsasən, saat 21:00-dan sonra kofeinli çay və qəhvə içmək yuxuya getməyi çətinləşdirir, yuxu müddətini azaldır və onun keyfiyyətini aşağı salır.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью