Axşam leysan yağacaq

07.12.2024

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, dekabrın 7-si saat 10:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında arabir yağış yağıb.

Düşən yağıntının miqdarı 3 mm-dək olub.

Hazırda Bakıda və Abşeron yarımadasında yağıntıda fasilə yaranıb. Lakin bu gün, axşam saatlarından 9-u axşamadək yenidən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью