Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dietoloqlar demensiya riskini azaltmaq üçün axşam saatlarında bəzi qidalardan uzaq durmağı tövsiyə ediblər.
Redaktor.az bu haqda "Eating Well"ə istinadla xəbər verir.
Dietoloq Şeri Qau bildirib ki, şəkər orqanizmdə iltihab proseslərinə səbəb ola bilər. Spirtli içkilər və kofein isə yuxunun keyfiyyətini poza və beynin gecə ərzində özünü bərpa etməsinə mane ola bilər. Saat 17:00-dan sonra şəkərli qazlı içkilər, spirtli içkilər və kofein qəbul etməmək məsləhətlidir.
Mütəxəssis hətta şokoladın da yatmazdan əvvəl qəbul edilməməsini tövsiyə edib. Buna səbəb onun tərkibində kofeinin olmasıdır.
Dietoloq Şeyla Patterson isə duzlu qidaların da risk yarada biləcəyini bildirib. Onun sözlərinə görə, həddindən artıq duz qəbulu qan damarlarına zərər verə, iltihaba səbəb ola və beyinə qan axınını poza bilər.
Mütəxəssislər axşam saatlarında ağır və emal olunmuş qidalar əvəzinə az duzlu, təbii məhsullara üstünlük verməyi tövsiyə edirlər.
Aytəkin TOFİQQIZI