Axşam saatlarında içənlərin diqqətinə: İnsult riskini artırır

14.11.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Spirtli içki, duzlu və şirin qidaların axşam saatlarında qəbulu damar sağlamlığına mənfi təsir göstərə və insult riskini artıra bilər.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, xüsusilə yüksək təzyiqi olan şəxslər axşam saatlarında içkidən uzaq durmalıdır. 
Təkcə bu deyil: pizza, nagets  və yarımfabrikatlarda da yüksək miqdarda duz olur. Artıq duz arterial təzyiqi yüksəldən amillərdəndir. 
Yatmazdan əvvəl alkoqol qəbul etmək isə ən təhlükəli vərdişdir, çünki  damarları genişləndirir, iltihabi prosesləri gücləndirir. 
Mütəxəssislər axşam saatlarında şirin qida və içkilərin də məhdudlaşdırılmasını məsləhət görür. Onların müntəzəm istifadəsi piylənmə, hipertoniya və 2-ci tip diabet riskini artıra bilər. 
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью