Axşam yeməyində bunları yemək olmaz

10.01.2025

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

QASTROENTEROLOQ AÇIQLADI

Şam yeməyində hansı qidalardan uzaq durmaq lazımdır? Sualı
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin qastroenteroloqu Turan Kərimova cavablayır.

Axşam saatlarında çox yağlı, qızardılmış qidalardan, un məmulatlarından, şirniyyatdan, turşuya qoyulan, hisə verilən qidalardan, qazlı və spirtli içkilərdən uzaq durmaq lazımdır. Çünki sadalanan qidalar gec həzm olunur, qida dəyəri aşağı, lakin kalorisi çox olduğu üçün orqanizmi lazimi qida maddələri, vitaminlər, zülallar, minerallar, enerji ilə təmin edə bilmədiyinə görə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.
Düzgün bişirilmə qaydalarına riayət olunmayan qidalar nəinki həzm sistemində ciddi problemlərə yol açır, eyni zamanda şəkərli diabet, hipertoniya xəstəliyi, böyrək patologiyalarına, su-duz mübadiləsinin pozulmasına da səbəb ola bilər, deyə qastroenteroloq Turan Kərimova bildirib.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью