Axşama doğru paytaxtda tıxac artıb Siyahı

01.01.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarında axşam saatlarına olan vəziyyəti açıqlayıb.

“Qafqazinfo” quruma istinadən xəbər verir ki, səhər saatları ilə müqayisədə yollarda daha çox sıxlıq müşahidə edilir:

 1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

 2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

 3. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

 4. Bülbül prospekti, "Sahil" metro stansiyasının qarşısında;

 5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

 6. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

 7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

 8. Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью