Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə Xarici İşlər Naziri Hakan Fidan Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsində həyatını itirənlərə görə başsağlığı verib və axtarış-xilasetmə işlərini yaxından izlədiklərini bildirib.
"Ölkə.az" xəbər verir ki, Fidan sosial media hesabında paylaşım edərək bildirib:
"Biz Gürcüstan hakimiyyəti ilə birlikdə Azərbaycandan qayıdarkən qəzaya uğrayan hərbi yük təyyarəsi ilə bağlı axtarış-xilasetmə işlərini yaxından izləyirik. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm və ailələrinə və yaxınlarına başsağlığı verirəm. Əziz millətimizə başsağlığı verirəm."
Daha əvvəl Türkiyə Milli Müdafiə Nazirliyi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan C130 hərbi yük təyyarəsində uçuş heyətinin və 20 nəfərin olduğunu və axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlamışdı.
Fidan həmçinin Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə telefonla danışıb və hərbi yük təyyarəsi ilə bağlı axtarış-xilasetmə əməliyyatları ilə bağlı məlumat mübadiləsi aparıb.
Elvin
Ölkə.az