Axtarışda olan 151 nəfər SAXLANILDI

28.02.2025

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fevralın 27-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 151, o cümlədən borclu şəxs qismində axtarışda olan 116 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.     

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью