Axtarışda olan 198 nəfər belə tutuldu

26.09.2026

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sentyabrın 25-də Azərbaycanda polis əməkdaşları tərəfindən 38 cinayət hadisəsinin açılması təmin olunub.

"Yeni Sabah" xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatına görə, ötən dövrlərdən bağlı qalan daha 9 cinayət də açılıb.

Axtarışda olduğuna görə ümumilikdə 198 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 163 nəfər borclu şəxs qismində axtarışda olub. Dördpendirli pizza

Hesabat dövründə narkotiklərlə əlaqəli 10 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 11 fakt müəyyən edilib.

Bundan əlavə, cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью