Axtarışda olan 208 nəfər saxlanıldı

27.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, dekabrın 26-da ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 208, o cümlədən borclu şəxs qismində axtarışda olan 165 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью