Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sentyabrın 26-sı və 27-də polis əməkdaşları axtarışda olan 80 nəfəri saxlayıblar. Onlardan 52-si borclu şəxsdir.
Marja.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Həmin iki gündə 99 cinayətin açılması təmin olunub. Bunlardan 88-i cari, 11-i isə əvvəlki dövrlərdə törədilmiş cinayətlərdir. Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb, itkin kimi axtarılan 10 nəfər tapılıb.
Polis 24 narkotik və 22 qanunsuz silah-sursat faktı aşkarlayıb. Ümumilikdə 103,5 kiloqram narkotik vasitə, 1 tapança, 22 tüfəng və müxtəlif çaplı 34 patron götürülüb. Dələduzluğa görə axtarışda olan 5 nəfər də saxlanılıb.