Axtarışda olan 97 nəfər TUTULDU

02.04.2025

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Aprelin 1-də ölkə ərazisində qeydə alınan 30, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 97, o cümlədən borclu şəxs qismində axtarışda olan 86 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью