Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) 33-ü qırmızı bülletenlə axtarışda olan ümumilikdə 63 nəfərin səkkiz ölkədən Türkiyəyə gətirildiyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, ekstradisiya edilənlər arasında "Survivor" yarışmasındakı çıxışı ilə tanınan Hikmet Tuğsuz və "Sıfır Bir" serialının aktyorlarından olan Cengizhan Yurdutek də var.
"Survivor" layihəsi ilə məşhurlaşan Tuğsuzun sentyabrın 25-də Gürcüstanda yaxalanaraq Türkiyəyə gətirildiyi bildirilir. Onun barəsində fərdi məlumatları qanunsuz yolla ələ keçirmə, qəsdən xəsarət yetirmə, dələduzluq və prezidenti təhqir etmə kimi ittihamlarla həbs qərarları mövcud idi.
Yurdutekin isə oktyabrın 10-da Monteneqroda saxlanıldığı və Türkiyəyə ekstradisiya edildiyi vurğulanır. O, qəsdən xəsarət yetirmə, narkotik və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi kimi qanuna zidd əməllər çərçivəsində axtarışda olub.